Xarici ölkələrin Ombudsmanları Tərtərdə erməni vandalizminin izləri ilə tanış olublar - FOTO 

Xarici ölkələrin Ombudsmanları Tərtərdə erməni vandalizminin izləri ilə tanış olublar - FOTO 

Hazırda oxunan: Xarici ölkələrin Ombudsmanları Tərtərdə erməni vandalizminin izləri ilə tanış olublar - FOTO 

100539

Azərbaycan Respublikasının Ombudsmanı xarici ölkələrin Ombudsmanları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə birgə Tərtər rayonuna 44 günlük Vətən müharibəsində dəyən ziyanla tanış olublar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya, Honq Konq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxıstan, Macaristan, Çin və Koreyanın ombudsmanları, milli insan hüquqları təsisatlarının rəhbərləri və əməkdaşları, habelə beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə birlikdə 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəymiş ziyanla tanış olublar.

Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən foto stendlərə və ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Tərtər rayonunun infrastrukturuna dəymiş ziyanla bağlı qonaqlara ətraflı məlumat verib.

İcra başçısı həmçinin Erməni Silahlı Qüvvələrinin Tərtəri atəşə tutması nəticəsində 16 mülki şəxsin həlak olması və 63 nəfərin yaralanmasını xüsusi olaraq diqqətə çatdırıb.

Sonda Vətən müharibəsi zamanı rayona dəymiş ziyan müzakirə edilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO