Cəbrayılda “Dostluq meşəsi” yaradılacaq - RƏSMİ

Cəbrayılda “Dostluq meşəsi” yaradılacaq - RƏSMİ

Hazırda oxunan: Cəbrayılda “Dostluq meşəsi” yaradılacaq - RƏSMİ

100452

Cəbrayıl rayonunda təməli qoyulan Azərbaycan-Türkiyə beynəlxalq təlim-tədris mərkəzinin ərazisində "Dostluq meşəsi" yaradılacaq. 

Bizim.Media-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında deyib. 

Nazir müavini bildirib ki, "Dostluq meşəsi" 20 hektara yaxın ərazini əhatə edəcək.

"Mərkəzin ön hissəsində olan 40 hektar ərazidə terraslarda meşəliklər də salınacaq. Meşə ərazisində yerli ağac, kol tinglərinə üstünlük veriləcək. Lahiyə ümumilikdə 105 hektar ərazini əhatə edir. Bu ilin iyul ayında tikinti və torpaqlama işlərinə start verilib. Layihə 2024-cü ilin birinci yarımilində başa çatdırılacaq və mərkəz fəaliyyətə başlayacaq", - V.Kərimov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO