Kəlbəcərdə təminat daşıyan texnikamız atəşə tutuldu – MN 

Kəlbəcərdə təminat daşıyan texnikamız atəşə tutuldu – MN 

Hazırda oxunan: Kəlbəcərdə təminat daşıyan texnikamız atəşə tutuldu – MN 

100431

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd KamAZ markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb. 

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO