"Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olacaq” – Ərdoğandan DƏSTƏK 

Hazırda oxunan: "Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olacaq” – Ərdoğandan DƏSTƏK 

100371

"Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında çıxışı zamanı bildirib.

"Zənn edirəm ki, bir ildən sonra gələndə Cəbrayıl yolunun çox fərqli vəziyyətdə olacağını görəcəyik. Çünki burada da infrastruktur məsələləri ilə bağlı ciddi addımlar atılır. Bu addımlar Türkiyə şirkətləri ilə birgə atılıb.
Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhər”lər olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır. Artıq həmrəylik içində atdığımız addımlar var.

Bunları inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırıq. Təbii ki, Cəbrayılda təməlini qoyduğumuz meşə təlimi və tingçilik mərkəzi də həmrəyliyimizin rəmzidir”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO