İran təlimlərinə Zəngilandan CAVAB – “Türkiyə lideri Tehrana XƏBƏRDARLIQ edəcək”

İran təlimlərinə Zəngilandan CAVAB – “Türkiyə lideri Tehrana XƏBƏRDARLIQ edəcək”

Hazırda oxunan: İran təlimlərinə Zəngilandan CAVAB – “Türkiyə lideri Tehrana XƏBƏRDARLIQ edəcək”

100149

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Bu önəmli mərasimin fonunda İran Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimləri davam edir. Tehran rəsmilərinin açıqlamalarında isə ölkəmizə qarşı təhdidlərin ardı-arası kəsilmir.

Bəs, sabahkı tədbirdə Türkiyə liderindən İrana qarşı xəbərdarlıq mesajı verilə bilərmi?

Sualı Bizim.Media üçün cavablandıran politoloq Qabil Hüseynli qeyd edib ki, Zəngilandan Tehrana xəbərdarlıq mesajı mütləq olacaq:

“İran artıq həddini aşıb. Təsəvvür edin, ölkə dağılır, 20 milyona yaxın insan küçərlərdə etiraz aksiyaları keçirib, bunları devirmək istəyir, bunlar isə yenə də bölgədə ağalıq uğrunda mübarizə aparmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Ona görə də, sabahkı tədbir, zənnimcə, onlara çox yaxşı cavab olacaq. Azərbaycan Prezidenti hələ Astanada iranlı həmkarı ilə görüşdə lazımi xəbərdarlıqları etmişdi. Lakin onlar nəzərə almadı. 

İndiki vəziyyətdə iki qardaş ölkənin liderinin birlikdə mühüm strateji obyektin açılışında iştirak edəcəklər. Onların açıqlamalarında İrana xatırlatma və ya xəbərdarlıq mütləq olacaq. Düşünürəm ki, sabahkı tədbirin əhəmiyyəti misilsizdir və bu bir çox qüvvələr üçün lazımi dərs olacaq”.

Qabil Hüseynlinin sözlərinə görə, İranı narahat edən məqam heç də açıqladıqları kimi regionda sərhədlərin dəyişməsi məsələsi deyil:

“Zəngəzur dəhlizinin açılması İranı narahat edən məsələlərdən, ən sonuncusu ola bilər. Onları “qarın ağrısına” salan başlıca faktorlar Azərbaycan müstəqil güc kimi inkişafı, türk dövlətləri arasında birliyin möhkəmlənməsi və böyük siyasi güc mərkəzinə çevrilməsidir. Bunun fonunda İranı parçalanma təhlükəsiz gözləyir ki, Tehranı qorxuya salan məhz budur”.
 

Xatırladaq ki, ötən il Bakıda baş tutan Zəfər paradında Rəcəb Tayyib Ərdoğanın “Arazı ayrıdılar” bayatısını səsləndirməsi də əksər siyasi şərhçilər tərəfindən İrana mesaj kimi qiymətləndirilmişdi.


Həmin dönəmdə İranın xarici işlər naziri olan Cavad Zərif də mövzu ilə bağlı açıqlama verərək narahtlığını büruzə vermişdi.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO