"Bel ağrısı insanların ən çox şikayət etdiyi səhhət problemlərindən biridir. Bu cür xəstəliklər ümumiyyətlə, 30 yaşdan aşağı zamanlarda ortaya çıxmağa başlayır.
Sfera.az bildirir ki, bu barədə revmatoloq, türkiyəli mütəxəssis Şule Ketenci Ertaş məlumat verib. O bildirib ki, ilk şikayətlərlə diaqnoz arasında 7-8 il fərq olur:
"Bu səbəbdən 3 aydan çox davam edən bel ağrılarına diqqət edilməli və həkimə müraciət olunmalıdır. Bel ağrıları həyat keyfiyyətinə mənfi təsir edir və iş gücünün itirilməsinə gətirib çıxarır. Mexanik bel ağrısına disk yırtığı, struktur pozğunluqlar, travma və onurğada kalsifikasiya səbəb ola bilər. Bu ağrılar daha çox ağır yük qaldırdıqdan və gərginlikdən sonra yaranır, istirahətlə aradan qalxır”.
Şule Ertaş, həmçinin qeyd edib ki, 3 aydan uzun davam edən bel ağrıları isə "xroniki bel ağrısı” olaraq adlandırılır:
"Xroniki bel ağrısının erkən mərhələdə diaqnozu qoymaq və əsas səbəbini tapmaq vacibdir. Bel ağrısı olan xəstə ilk olaraq fiziki təbabət və reabilitasiya, neyrocərrahiyyə, ortopediya şöbələrinə müraciət etməlidir. Tətbiq edilən müalicələrdən sonra, adətən xəstələrin əksəriyyəti sağalırlar. Bununla belə, iltihablı bel ağrısı olan xəstələr, bel yırtığı kimi diaqnoz qoyulanlar revmatoloqa müraciət etməkdə gecikməməlidirlər”.
Mütəxəssisin sözlərinə görə, bu cür ağrılar istirahət etməklə pisləşsə də, hərəkət, idman etməklə düzəlir.
Günay Rəsulqızı
Sfera.az