Azərbaycanda koronavirusa yoluxmanın bugünkü göstəriciləri - FOTO

Azərbaycanda koronavirusa yoluxmanın bugünkü göstəriciləri - FOTO

Hazırda oxunan: Azərbaycanda koronavirusa yoluxmanın bugünkü göstəriciləri - FOTO

9761

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib, aktiv xəstə sayı 5 142 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 807, ötən müddət ərzində isə ümumilikdə 2 372 616 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO