Bu adamlara peyvənd vurmaq olmaz – Professor detalları açıqladı

Bu adamlara peyvənd vurmaq olmaz – Professor detalları açıqladı

Hazırda oxunan: Bu adamlara peyvənd vurmaq olmaz – Professor detalları açıqladı

9571

Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Artıq Bakı ilə bərabər ölkənin bir çox şəhər və rayonlarında vaksinasiya prosesi başlayıb.

İlkin olaraq tibb işçilərindən başlanılıb. İlkin mərhələdə 200-ə yaxın səhiyyə işçisi vaksin olunub. Qəbul edilən vaksinlə bağlı tibb işçiləri arasında hər hansı bir narahatlığın olmadığı bildirilir. 

Maraqlıdır, bəs koronavirusa qarşı peyvənd kimlərə vurula bilməz?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla peyvənd olunmağa qarşı əks-göstərişinolmadığını önə çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış professor peyvəndləndi - FOTO


“İlk ilaraq tibb işçiləri, orta texniki personal, asayiş işçiləri, polislər, 65 yaşdan yuxarı şəxslər, xəstəlik keçirməyənlər və yanaşı xəstəlikləri olanlar peyvənd olunmalıdırlar. 

18 yaşdan aşağı olan uşaqların,  

hamilə qadınların,

süd verən anaların 

peyvənd olunmaları hələlik məqsədəuyğun sayılmır. Vaksinasiya virusun ölü formasının bədənə yeridilməsi prosesidir və təhlükəsiz bir məsələdir.

Ona qarşı orqanizm əks-cisimlər hazırlayıb, immunitet formalaşdırır. Peyvəndin mahiyyəti budur, orada hansısa sirrlər axtarmağa ehtiyac yoxdur”. 

Həkim Çin vaksininin ənənəvi üsullarla hazırlandığını xatırladaraq, Sovet dövründə də peyvəndlərin bu üsulla hazırlandığını qeyd edib:

“İndi Qərbdə molekulyar biologiyanın ən müasir üsulları ilə vaksinlər hazırlanır. Hələ bunların da bəzilərində problemlər qalır. O baxımdan vaksindən qorxmaq deyil, peyvəndlənmək lazımdır. Gedən şayiələrin hamısı antivaksin kampaniyasıdır və məqsədlidir. Bunu radikal dini qruplar, fanatiklər, təlqinə meyilli və ruhən zəif şəxslər yayırlar”. 

Xatırladaq ki, yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə start verilib.

Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Hələ ki, növbəti aylarda digər vaksinin ölkəyə gətirilib-gətirilməyəcəyi ilə bağlı məlumat açıqlanmayıb.

Bu vaksin artıq Türkiyədə 1 milyondan çox tibb işçisinə vurulub və açıqlanan məlumata görə, hər hansı əlavə yan təsirlər, fəsadlar müşahidə edilməyib.

Ona görə də mütəxəssislər hesab edirlər ki, Azərbaycanda tətbiq edilən vaksin sınaqlardan keçib və etibarlı hesab edilir.

Alçina Amilqızı,Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO