ÜST yeni koronavirus peyvəndini təcili təsdiq etdi

ÜST yeni koronavirus peyvəndini təcili təsdiq etdi

Hazırda oxunan: ÜST yeni koronavirus peyvəndini təcili təsdiq etdi

7091

Dünya Səhiyyə Təşkilatı (ÜST) Pfizer və BioNTech şirkətləri tərəfindən istehsal olunan yeni növ koronavirus peyvəndinin təcili istifadəsini təsdiqləyib.

Qurum tərəfindən 2020-ci ilin sonuna saatlar qalmış verilən yazılı açıqlamada Pfizer və BioNTech şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanan Covid-19 peyvəndinin təcili istifadəyə verilməsinin təsdiq edildiyi bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatının direktor müavini Mariangela Simao mövzu ilə əlaqədar verdiyi açıqlamada "Bu, Covid-19 peyvəndlərinin istehsalı üçün çox müsbət addımdır", - deyə bildirib.

Eyni zamanda Pfizer və BioNTech şirkətlərinin peyvənd tədarükü üçün ABŞ, Avropa Birliyi, İngiltərə, Kanada və Yaponiya ilə müqavilə imzaladıqları bildirilir. İlkin olaraq ABŞ hökuməti 100 milyon doza peyvənd almaq üçün 1.95 milyard dollar ödəməyə hazır olduğunu qeyd edib.

Avropa Birliyi 300 milyon, İngiltərə 40 milyon, Kanada 20 milyon, Yaponiya isə 120 milyon doza almaq üçün əvvəlcədən müqavilə imzalayıblar.

Şirkətlər 2021-ci ilin sonuna qədər təxminən 1,3 milyard doz peyvənd istehsal etməyi planlaşdırır.

Yeni peyvəndlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilməsi Qərb şirkətlərini Çin və Rusiyanın da eyni istiqamətdəki fəaliyyəti ilə müqayisədə önə keçirib. 

Xatırladaq ki, Çin və Rusiya da koronavirusa qarşı uğurlu peyvəndlər hazırladıqlarını elan etmişdilər. Lakin bu peyvəndlərin heç biri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmayıb.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO