Koronavirusla bağlı bütün qadağalar GÖTÜRÜLÜR – Rəşad Mahmudov tarixi AÇIQLADI 

Koronavirusla bağlı bütün qadağalar GÖTÜRÜLÜR – Rəşad Mahmudov tarixi AÇIQLADI 

Hazırda oxunan: Koronavirusla bağlı bütün qadağalar GÖTÜRÜLÜR – Rəşad Mahmudov tarixi AÇIQLADI 

68991

“Hazırki vəziyyət bəs qədər ürəkaçandır. Dünyadakı tendensiyaları da nəzərə alsaq yaxın günlərdə bəzi qadağaların ləğv edilməsi gözləniləndir”.

Bu fikirlərlə Bizim.Media-ya Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış edib. Deputat aprelin sonlarında maska tələbinin götürülməsini istisna etməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda tibbi maska ləğv ediləcəkmi? - AÇIQLAMA 


“Aidiyyəti qurumlar bu məsələni vaxtaşırı təhlil edir, müzakirələr aparır. Epidemioloji vəziyyətlə əlaqəli yumuşalma qərarı və bunun zamanlaması isə son mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətləri daxilindədir. Bu qərarlar açıqlanana qədər var olan qaydalara riayət etmək tövsiyə olunur”, - deyə Rəşad Mahmudov qeyd edib. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə olunur. Yoluxma sayı ikirəqəmliyə, aktiv xəstə ayı üçrəqəmliyə düşüb.

Ötən günün statistikasında isə virusdan ölüm halı qeydə alınmayıb. İnfeksionistlərin fikrincə, bu durum koronavirusla bağlı bütün qadağaların aradan qaldırılmasına zəmin yaradır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO