Koronavirus üçün yığılan pullar hələ xərclənməyib, həmin pula VAKSİN ALINACAQ

Koronavirus üçün yığılan pullar hələ xərclənməyib, həmin pula VAKSİN ALINACAQ

Hazırda oxunan: Koronavirus üçün yığılan pullar hələ xərclənməyib, həmin pula VAKSİN ALINACAQ

6469

Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,801,223 manat ianə toplanıb.

Bizim.Media saytının məlumatına görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ xərclənməyib.

Xatırladaq ki, bu il martın 19-da ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ölkədə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb.

Fondun fəaliyyətinin şəffaf olması məqsədilə aprelin 11-də İctimai Nəzarət Şurası yaradılıb. Ümumilikdə 8 xərc istiqaməti müəyyən edilib.

Koronavirusa qarşı peyvəndin alınması da bu fonda toplanan vəsait hesabına təmin ediləcək.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO