Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.
Bizim.Media xəbər verir ki, o, Dünya İqtisadi Forumunun vaksinlərə bərabər əlçatanlıq mövzusunda onlayn müzakirəsində iştirak edib.
"Ekosistemin bir hissəsinə çevrilən bu virus heç vaxt bitməyəcək. Ancaq səhiyyə ilə bağlı fövqəladə vəziyyətə son verə bilərik", - M.Rayan deyib.
O xatırladıb ki, koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət ÜST-ün baş direktoru tərəfindən 2020-ci ilin yanvarın sonunda elan edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.
M.Rayanın sözlərinə görə, əsas problem koronavirus deyil, cəmiyyətin ona necə reaksiya verməsidir. Bu baxımdan, Rayan dünyada peyvəndlərə çıxışın qeyri-bərabərliyinə diqqət çəkib ki, bu da yalnız ölkələr arasında deyil, ölkələr daxilində də özünü göstərir.
Bizim.Media
- A-
- A
- A+
COP29
05:30 / 19.01.2022
ÜST: Koronavirusla bağlı fövqəladə vəziyyət bu il ləğv edilə bilər
Hazırda oxunan: ÜST: Koronavirusla bağlı fövqəladə vəziyyət bu il ləğv edilə bilər
Hazırda oxunan: ÜST: Koronavirusla bağlı fövqəladə vəziyyət bu il ləğv edilə bilər
56055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.