ÜST rəsmisi:

ÜST rəsmisi: "Azərbaycanda "Omikron" ştammına rast gəlinməyib" - FOTO

Hazırda oxunan: ÜST rəsmisi: "Azərbaycanda "Omikron" ştammına rast gəlinməyib" - FOTO

49927

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncə şəhərinə səfər edib.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüş keçirilib. 

Görüşdə COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və vaksinasiya prosesinin gedişatı barədə ətraflı söhbət aparılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyindən “Omikron” ştamı ilə bağlı əhaliyə ÇAĞIRIŞ


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı COVID-19-la mübarizə çərçivəsində Gəncə şəhərində görülən işləri təqdirəlayiq hesab etdiyini bildirib. O qeyd edib ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir. 

"Müşahidələr göstərir ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır. O bildirib ki, I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir", -deyə H.Harmancı bildirib.

H.Harmancı əlavə edib ki, Azərbaycanda hələki "Omikron" ştammına rast gəlinməyib

Görüşdə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı təfərindən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” və “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihələrinin icra edildiyi şəhər rəhbərinin diqqətinə çatdırılıb.

Qeyd olunub ki, sabah Gəncə Tibb Kollecində sözügedən layihələr çərçivəsində konfrans baş tutacaq.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO