İnfeksionistdən “korona” dərmanları ilə bağlı ŞOK AÇIQLAMA

İnfeksionistdən “korona” dərmanları ilə bağlı ŞOK AÇIQLAMA

Hazırda oxunan: İnfeksionistdən “korona” dərmanları ilə bağlı ŞOK AÇIQLAMA

20608

Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı yeni təlimatı açıqlayıb. Sənədə görə, “Hidroksixloroxin” COVİD-19 müalicəsi üçün təyin olunan dərmanlar siyahısından çıxarılıb.

Bunun əvəzinə bu siyahıya “İmmunoglobulin” əlavə edilib. Ondan xəstəxanada müalicə alan xəstələrin müalicəsi üçün istifadə edilməsi tövsiyə olunub.

Ümumilikdə, beş dərman - “Favipiravir”, “Remdesivir”,  “İnterferon-alfa”, COVİD-19-a qarşı insan immunoglobulini, “Umifenover” dərmanlarının siyahısı verilib.
 

MÖVZU İLƏ BAĞLI:

"COVİD-19-a qarşı kütləvi immunitet niyə yaranmır?" - İnfeksionist FAKTLARDAN danışdı - VİDEO


Bəs görəsən, bizdə də yeni dərman siyahısı açıqlana bilərmi? Ümumiyyətlə, virus əleyhinə hansı dərman bu günə kimi özünü doğrulda bilib?  

“Bu gün dünyada konkret COVİD-19 əleyhinə antivral preparat yoxdur. ”Favipiravir", “Remdesivir”in  effektli olduğu sübuta yetirilməyib. Fikrimcə, istər “Favipiravir”, istətsə də “Remdesivir” effektli preparatlar deyil. Bunların xəstələrə xeyrindən çox, ziyanı var.

Toksiki təsirləri daha çoxdur. Qəbul edən şəxslərdə ürək bulanma, qusma, ishal, baş ağrısı kimi hallar müşahidə edilir. Fikrimcə, ümumiyyətlə,  “Favipiravir” də, “Remdesivir” də COVİD-in müalicəsindən çıxarılmalıdır. Burada immun sistemini aktivləşdirən preparatlar, polivitaminlər yer almalıdır.”.

Bizim.Media xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

O, qeyd edib ki, COVİD-dən sağalmada əsas faktor orqanizmin immunitetidir. 

“İmmunitet güclüdürsə, orqanizm özü viruslarla mübarizə aparır və həmin insan sağalır. Biz əgər xəstə şəxsə “Favipiravir”lə “Remdesivir”i təyin ediriksə, onun immun sisteminin fəaliyyətini tamamilə aşağı salmış oluruq. Bu preparatların hər hansı müsbət nəticəsi bu günə kimi sübut olunmayıb. Amma insanların psixologiyasına yerləşdirilib ki, bu dərmanları qəbul etsəniz, sağalacaqsınız. Tamamilə yanlış bir düşüncədir”.

İnfeksionist son günlər həm yoluxma sayının,  həm də ölüm saylarının azalmasından da söz açdı: 

“Yoluxma sayının azalmasında əsas faktor vaksinasiyanın aparılmasıdır. Digər bir səbəb də mart ayında bayramlarda  ictimai nəqliyyatın işləməməsidir. Bu da yoluxmaların azalmasına səbəb oldu”.

Həkim “vaksinasiya olunanlar arasında  yoluxanların sayı çoxdurmu” sualına da cavab verib: 
 

“Vaksinin birinci dozasını alandan sonra yoluxanlar oldu. İkinci dozanı alanlardan da tək-tək insanlarda yoluxma halları müşahidə edildi. Bunlar da araşdırılanda məlum olur ki, yanaşı xəstəlikləri var.


Öz şəxsi təcrübəmdə gördüm ki, çox az sayda insan iki dəfə vaksinasiyadan sonra xəstələndi. Yaşlı, yanaşı xəstəliyi olsa belə, xəstəliyi yüngül keçirdilər. Vaksin ona görə tətbiq edilir ki, xəstəlik yüngül keçsin, ölüm halları olmasın”. (Yeni Musavat)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO