Ölkənin bütün uşaq xəstəxanaları bu mərkəzə BİRLƏŞDİRİLİR – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ölkənin bütün uşaq xəstəxanaları bu mərkəzə BİRLƏŞDİRİLİR – RƏSMİ AÇIQLAMA

187952

Azərbaycanda uşaq xəstəlikləri üzrə ixtisaslaşmış bir neçə xəstəxana mövcuddur. Həmçinin, tibb müəssisələrinin tərkibində də uşaq şöbələri var. Respublikanın və paytaxtın rayonlarında uşaqların peyvəndlənməsi, müayinə və müalicəsi ilə məşğul olan uşaq poliklinikaları fəaliyyət göstərir.

Dünən, parallel olaraq aprel ayının 18-də Tİbbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI 


Yeni yaradılan Mərkəzi mövcud olan tibb müəssisələrindən fərqləndirən nə olacaq? Mərkəz hansı zərurətdən yaranıb? 

Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bütün uşaq xəstəxanaları birləşdirilib, Mərkəz tərəfindən idarə olunacaq:

“Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb. 

Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO