Həkimlər pəhriz saxlayanlara xəbərdarlıq etdi

Həkimlər pəhriz saxlayanlara xəbərdarlıq etdi

Hazırda oxunan: Həkimlər pəhriz saxlayanlara xəbərdarlıq etdi

1794

Qeyri-müntəzəm və balanssız qidalanma, zərərli qidalardan istifadə insanı vitamin, mineral və amin turşularından məhrum edir. Bu immunitetə böyük ziyan vurmaqla yanaşı birbaşa bədənin müxtəlif virus və bakteriyalara olan müqavimətini azaldır.

“Keyfiyyətsiz qidalar qəbul edən və nizamlı pəhriz saxlamayan insanlar immunitet sisteminə dağıdıcı zərbə vururlar”.

Bizim.Media RİA Novosti-yə istinadən bildirir ki, bu sözləri rusiyalı epidemioloq Olqa Nenastina söyləyib.

Onun sözlərinə görə, düzgün qidalanmayan şəxslərin orqanizmində önəmli maddələrin pozulması, virusa qarşı olan müqaviməti də sındırır. Epidemioloq bu halda koronavirusa yoluxmanın qaçılmaz olduğunu da diqqətə çatdırıb.

Terapevt Elena Tixomirova isə pəhriz zamanı bədəndə xolesterol çatışmazlığının yarada biləcəyi problemlərdən söz açıb. Terapevt bəzi qidaların çox istifadəsinin xolesterol çatışmazlığına, zehni problemlərə yol açdığını söyləyib.  

“İnsan psixoloji əziyyət çəkir. Bununla da çox aqressiv, inadkar ola, həmçinin yumoru başa düşməyə bilər” — deyə qeyd edən həkim pəhriz saxlayarkən diqqətli olmağı tövsiyə edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO