Koronavirusa gündəlik yoluxma SAYI 

Koronavirusa gündəlik yoluxma SAYI 

Hazırda oxunan: Koronavirusa gündəlik yoluxma SAYI 

126931

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, son sutkada infeksiyaya 19 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 47 nəfər isə sağalıb. Son sutka ərzində koronavirusdan ölən olmayıb. 

İndiyədək ölkədə ümumilikdə 829 303 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 969 nəfər müalicə olunaraq sağalıb, hazırda 181 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib. 
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 440, bu günə qədər isə ümumilikdə 7 551 235 test icra olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO