Amerika alimləri 75% ölüm riskli "Nipax" virusunun yayılması təhlükəsi haqqında xəbərdarlıq ediblər.
Bizim.Media "The Sun"a istinadən xəbər verir ki, Kentukki Universitetinin Molekulyar və hüceyrə biokimyası kafedrasının rəhbəri Rebekki Datçın sözlərinə görə, bu virus növbəti pandemiyaya səbəb olacaq.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusun yeni ştammı aşkarlandı - Daha yoluxucu ola bilər
Bu halda "Nipax"ın ölüm faizi COVID-19-dan da yüksəkdir. Yeni virusun ölüm faizi 45-dən 75-ə qədər təşkil edir.
Ekspert həmçinin qeyd edib ki, bu infeksiyanın ştamları mutasiya edə və insanlar üçün daha yoluxucu ola bilər.
Öz növbəsində həkim Melani Sevill dünyanın "çox böyük" pandemiyaya hazırlaşması zəruriliyi ilə bağlı xəbərdarlıq edib. Həkim hesab edir ki, bu halda o indikidən daha pis olacaq.
Ekspert əmindir ki, bəşəriyyəti "qara ölüm" miqyaslı yeni pandemiya gözləyir. O aviauçuşları və dünya ticarətini qeyd edib. Mütəxəssis bunu nəzərə alaraq, əmindir ki, virus bir neçə həftə ərzində dünyada simptomsuz daşıyıcılar vasitəsilə yayıla bilər. Ölkələrin sərhədləri bağlanana qədər virus daha on milyonlarla insanı öldürərək.
"Nipax" virusu beyində güclü şişin yaranmasına, qıcolmaya və qusmaya səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, o, simptomsuz yayıla, həmçinin ciddi respirator problemlərə və ensefalitə səbəb ola bilər.
Bundan başqa, tədqiqatçılar "Nipax"ın uzun müddətli - 45 günlük inkubasiya dövründən də narahatdırlar.
ÜST "Nipax"ı bəşəriyyət üçün ən təhlükəli viruslardan biri adlandırır.
Bizim.Media