Bu dəqiqə hər beş nəfərdən birində köp var. Bağırsaq xərçənginin köpün əsas səbəbi ola bilməsi fikri düzgün deyil.
Xəstənin bağırsağının elə hissəsində törəmə ola bilər ki, onu narahat etməsin. Köpün onkoloji xəstəliklə əlaqəsi olması o halda ola bilər ki, bağırsağın matorika funksiyası pozulması və ya zəyifləməsi baş verə bilər.
Bu sözləri Bizim.Media-ya həkim terapevt Mətanət Nəcəfova söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı professordan Kiprli həmkarlarına etiraz – “Bunu kimsə inkar edə bilməz”
O, əlavə edir ki, bütün bağırsaq xərçəngi xəstələrinin birinci şikayəti köp və qaz ola bilməz:
“Yoğun bağırsağın hər bir bölgəsində - bağırsaq; qalxan, köndələn və enən çənbərdə xərçəng yaranırsa aylarla törəmə orada böyüyür.
Xəstədə başqa şikayətlər olur. Məsələn qan azlığı, vitamin çatışmazlığları, heç bağırsağa aid şikayətləri olmur.
Köp əsasən mədə-bağırsaq xəstəliklərində öndə gedən şikayətlərdən biridir.
Mədədə turşuluğun yüksəlməsindən yaranan qostritlərdə belə ilk öncə köp olur. Həmçinin Nevroloji pozuntulardan əziyyət çəkən insanlarda da köp şikayətləri çox olur”.
Gülşanə Mustafayeva, Bizim.Media