Həkimlərin sertifikasiya imtahanı təxirə salındı

Həkimlərin sertifikasiya imtahanı təxirə salındı

Hazırda oxunan: Həkimlərin sertifikasiya imtahanı təxirə salındı

111754

Səhiyyə Nazirliyi 2023-cü il yanvarın 10-a qədər sertifikasiya imtahanından keçməli olan həkimlərə müraciət edib. 

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak edən həkimlərin sənədlərinin qeydiyyatı prosesində texniki nasazlıq yaranıb. 

Qeyd edilib ki, bununla əlaqədar imtahanların keçirilməsi müvəqqəti təxirə salınıb: 

“Yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində hazırda müvafiq texniki heyət tərəfindən işlər aparılır. Sənədlərin qəbulu və imtahan prosesi yanvarın 10-dan sonra davam edəcək. Bu barədə sertifikasiya imtahanından keçməli olan həkimlərə əlavə məlumat veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO