Qrip virusuna yoluxan zaman iki cür ağırlaşma ola bilər.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
O deyib ki, ilkin ağırlaşmalar xəstəliyin ilk 3 günündə özünü büruzə verir:
"Bu zaman qrip virusu meningit, əzələlərinin parçalanması və ürək əzələsinin iltihabına səbəb ola bilər. İkinci ağırlaşma isə xəstəliyinin 4-5-ci sutkasında üzə çıxır. Bu zaman bakterial pnevmaniyalar, orta qulağın, böyrəklərin iltihabı meydana gələ bilər.
Qrip həyat üçün təhlükəlidir. Düzdür, böyük əksəriyyətdə bu fəsadlar olmur və öz-özünə keçir. Lakin qripdən ölüm halları da var. Düzdür, koronavirusla müqayisədə daha az olsa da, buna rast gəlinir. Ona görə də buna etinasız yanaşmaq olmaz. Bu infeksiya varsa, işə, dərsə getməməli, evdə müalicə olunmalıyıq".
Bizim.Media