ABŞ prezidentliyinə namizəd Donald Trampın

ABŞ prezidentliyinə namizəd Donald Trampın "Bakıdakı evi"ndən - FOTOLAR

Hazırda oxunan: ABŞ prezidentliyinə namizəd Donald Trampın "Bakıdakı evi"ndən - FOTOLAR

126714
ABŞ-da prezident seçkilərində iştirak etməklə dünyanın diqqət mərkəzinə düşən və Respublikaçılar Partiyasından ölkənin ən reytinqli namizədi olan Donald Trampın Bakıda da evi var imiş. Belə ki, milyarder əmlak kralının sahib olduğu “Trump Towers”x9d şirkəti dünyanın əksər ölkələrində, o cümlədən, ərəb ölkələri, Türkiyə və Azərbaycanda da bu brend altında otel və yaşayış binaları tikib. 

Bütün dünyada bu binalar “Tramp evləri”x9d adı ilə məşhurdur və qeyri-adi dəbdəbəli dizaynı, lüksü ilə seçilir. İş həyatına ev dəllalı olan atasının yanında xidmətçilikdən başlayıb, dünyanın ən böyük əmlak biznesinə sahib olan amerikalı prezidentliyə namizədin Bakıdakı “evi”x9d də paytaxtın ən nadir binalarından biridir. 

Musavat.com-un müxbiri ABŞ-ın Hitlerə bənzədilən “fəlakət namizəd”x9dinin Bakıdakı “evində”x9d olub. 

Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçəsinin kəsişməsində yerləşən bina Heydər Əliyev Mərkəzinin 350 metrliyindədir. 33 mərtəbədən ibarət binanın hündürlüyü 130 metrdir. Bina möhtəşəmliyinə görə Alov qüllələri ilə yarışır. Fasadı şüşə konstruksiyadan ibarət olan binanın xüsusi işıqlandırma sistemi gecələr də diqqət çəkir. 

Hələ ki, təmir işləri gedən bina mühafizəçilər tərəfindən xüsusi kamera sistemi ilə  ciddi şəkildə qorunur və obyektə yaxınlaşmaq belə, qeyri-mümkündür. “Trump Tower”x9d otelinin tikintisinə 2008-ci ildə start verilib. 2009-cu ildə binanın təməli tam hazır olub və 2011-ci ilin sonunadək binanın beton karkası başa çatıb.

2015-ci ildə isə I Avropa Oyunları ərəfəsində fasad işləri yekunlaşdırılıb. Hazırda binanın 4 mərtəbəsində təmir işləri bitib. Otelin iki ilə tam şəkildə təmir olunub, istifadəyə veriləcəyi gözlənilir. 

Mühafizəçilərdən aldığımız məlumata görə, binada heç bir mənzil satılmayacaq və ofis kimi də istifadə olunmayacaq. Yalnız otel kimi fəaliyyət göstərəcək. Azərbaycanda ən yaxşı otellərdən biri olacaq. 

Otel dəbdəbəsinə görə hər kəsi heyrətə gətirəcək bir dizaynla təmir olunur. Bu oteldə 72 lüks mənzil, 189 otel otağı olacaq. Bundan əlavə, kompleksdə qapalı hovuz, fitness mərkəzi, biznes mərkəzi və lüks restoran da olacaq. SPA kompleksi yerləşəcək. Birinci mərtəbədə konfrans zalı, yemək otağı və bar, 500 kvadratmetrlik qəbul otağı da olacaq. 

Binanın tikintisini “ZQAN Holding”x9d başlayıb, sonradan işlər “Garant Holding”x9də verilib. Tikinti işləri xarici mütəxəssislərin rəhbərliyi ilə aparılır. Devalvasiyadan sonra 5 aydır ki, tikinti-təmir işləri dayanıb. Nəzarətçilərin dediyinə görə, 2 il müddətində otel tam hazır vəziyyətə gətiriləcək.














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO