“Azərbaycan və Ermənistan arasında danışıqlar əsasında əldə edilən razılaşma davamlı sülhün yeganə yoludur”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra “Twitter” hesabında yazıb.
“Ermənistanın baş naziri Paşinyanla danışıb Azərbaycan və Ermənistan arasında rəsmi sülh danışıqlarında irəliləyişi alqışladım”, - Blinken sosial şəbəkə hesabında qeyd edib.
Bizim.Media
Spoke with Armenian Prime Minister Pashinyan to welcome progress on formal peace talks between Azerbaijan and Armenia. A negotiated agreement is the only way to a lasting peace.
— Secretary Antony Blinken (@SecBlinken) October 10, 2022