Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın ərazi bütövlüyünə və “Arsax”ın (Qarabağdakı qondarma rejim) statusuna olan təhdidlərdən narahatlığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Novosti Armeniya” nəşrində yer alıb.
"Xalqımız yeni itkilərlə üz-üzədir. Çoxdan gözlənilən sülhün bərqərar olması ətrafında regionda baş verən, məcburiyyətlə müşayiət olunan proseslər Ermənistanın ərazi bütövlüyü və “Arsax”ın statusu ilə bağlı ciddi şübhələr yaradır", - patriarx bu barədə şənbə günü İrəvanda keçirilən Erməni Ümumi Xeyirxahlar İttifaqının (AGBU) qurultayının rəsmi açılışında çıxışı zamanı bildirib.
O, erməni xalqını birləşməyə çağırıb.
“44 günlük müharibənin dəhşətlərini aradan qaldırmaq üçün bu gün bizim vətənimiz Ermənistan və “Arsax”a dünyanın hər yerindən, eləcə də dost dövlətlərin davamlı dəstəyi lazımdır”. Erməni Apostol Kilsəsinin rəhbəri bildirib.
Onun sözlərinə görə, daxili və xarici çağırışlara qarşı durmaq üçün Vətənlə diaspor arasında münasibətləri yenidən düşünmək və gücləndirmək lazımdır.
Katolikos müxtəlif ölkələrdə çoxsaylı şöbələri və milli qurumları olan AGBU-nu erməni xalqının milli maraqlarını səmərəli müdafiə etmək üçün yorulmaz səylər göstərməyə çağırıb.
Yeri gəlmişkən, Brüssel görüşlərinin heç birində və Praqa şəhərində qondarma rejim olan “Arsax”ın statusu müzakirə mövzusu olmayıb. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Bu ifadəni Azərbaycan lideri İlham Əliyev Praqada Azərbaycan televiziyalarına müsahibəsi zamanı bildirib və “status”la bağlı son nöqtəni qoyub.
Bizim.Media
- A-
- A
- A+
Region
15:20 / 09.10.2022
Erməni Katolikos yenə sərsəmlədi - “Status”u diriltməyə çalışır
Hazırda oxunan: Erməni Katolikos yenə sərsəmlədi - “Status”u diriltməyə çalışır
Hazırda oxunan: Erməni Katolikos yenə sərsəmlədi - “Status”u diriltməyə çalışır
98259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.