Moskvada Azərbaycan Baş naziri Əli Əsədovla Rusiya hökumətinin sədri Mixail Mişustin ikitərəfli arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, Xəzər İqtisadiyyat Forumu çərçivəsində keçirilən görüşdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında müxtəlif sahələrdəki əlaqələrin vəziyyəti müzakirə olunub.
M. Mişustin ölkəsinin Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib. O, xalqlarımızı çox illik tarixi əlaqələrin bağladığını qeyd edib.
Bu ilin fevral ayında iki ölkə arasında Moskvada müttəfiqlik haqqında Bəyannamənin imzalanmasını ölkələrimiz arasındakı münasibətlərin daha yüksək səviyyəyə çıxardığını vurğulayan Rusiya hökumətinin sədri bildirib ki, iki ölkə arasından bütün sahələrdə əməkdaşlıq, ilk növbədə iqtisadi-ticarət sahəsində əməkdaşlıq müsbət nəticələr verir.
Əli Əsədov iki ölkə arasında münasibətlərin dövlət başçıları İlham Əliyev və Vladimir Putininin fəaliyyəti sayəsində yüksək səviyyədə olduğunu söyləyib.
Azərbaycan Baş naziri bildirib ki, Rusiya Federasiyası hər zaman Azərbaycan üçün vacib siyasi və iqtisadi tərəfdaş olub və belə qalmaqda davam edir.
Bizim.Media
- A-
- A
- A+
Region
15:38 / 06.10.2022
Azərbaycan və Rusiya baş nazirləri Moskvada görüşdü - FOTO
Hazırda oxunan: Azərbaycan və Rusiya baş nazirləri Moskvada görüşdü - FOTO
Hazırda oxunan: Azərbaycan və Rusiya baş nazirləri Moskvada görüşdü - FOTO
97781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.