Paşinyan sabah Praqada Ərdoğanla görüşəcək

Paşinyan sabah Praqada Ərdoğanla görüşəcək

Hazırda oxunan: Paşinyan sabah Praqada Ərdoğanla görüşəcək

97584

Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “SABAH” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsini müzakirə edəcək.  

Bundan əvvəl KİV-də Ermənistan və Türkiyə liderlərinin Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində planlaşdırılan görüşü barədə məlumat yayılıb.  

Ermənistan hakimiyyəti bu xəbəri dolayısı ilə təsdiqləyərək belə bir ehtimalı rədd etməyib. Nəşrin məlumatına görə, görüş oktyabrın 6-da baş tutacaq.  

Türkiyə prezidenti Ermənistanın baş nazirinə ikitərəfli münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşlərini üçüncü ölkələrin ərazisində deyil, növbə ilə Türkiyə və Ermənistanda keçirməyi təklif edəcək.  
Ərdoğanın Paşinyana həmçinin, regionda gərginliyi azaltmaq üçün “Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini mümkün qədər tez imzalamağı” təklif edəcəyi də bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO