İranın növbəti ali rəhbəri kim ola bilər? – VİDEO 

İranın növbəti ali rəhbəri kim ola bilər? – VİDEO 

Hazırda oxunan: İranın növbəti ali rəhbəri kim ola bilər? – VİDEO 

97125

İranın Ali rəhbəri Ayətullah Əli Xameneyinin səhhətinin pisləşdiyi və ya rəhmətə getdiyi ilə bağlı yayılan xəbərlərin fonunda onun mümkün siyasi varisinin kimliyi ilə bağlı suallar meydana çıxıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) araşdırma aparıb.  

Bildirilir ki, bu məsələ şayiələr yayılmadan öncə də ölkənin gündəmində idi. Bunun səbəbi isə avqustun 9-da “Yaşıl hərəkat”ın liderlərindən biri, 10 ildən çoxdur ev dustaqlığında olan Mirhüseyn Musəvinin bəyanatı olmuşdu.  
Həmin bəyanatda Musəvi ölkədə ən yüksək post olan ali rəhbərliyin nəsildən-nəslə keçməsi ilə bağlı “Məgər 2500 illik şahlıq geri qayıdıb ki, atadan sonra oğul hakimiyyətə yiyələnsin?” – deyə qeyd etmişdi.  

Bu yanaşmada Ayətullah Xameneyinin 53 yaşlı ikinci oğlu Müctəba Xameneyi nəzərdə tutulub. Həmçinin vurğulanıb ki, Müctəbanın ali rəhbər olması üçün rəqabət aparacağı siyasi xadimlərin bəziləri ya dünyasını dəyişib, ya da siyasi meydandan uzaqlaşdırılıb. Hətta 24 avqustda Qum Elmi Hövzəsinin rəsmi saytında Müctəba Xameneyini ayətullah kimi təqdim edib.  

Araşdırmada bildirilir ki, Müctəba ilə ciddi rəqabət aparacaq şəxs isə hakimiyyət strukturlarında, dini dairələrdə və cəmiyyətdə hələ də güclü dayaqları olan islahatçı və mötədil cinahdan irəli sürülə bilər. Bu isə böyük ehtimalla Ayətullah Əli Xameneyinin nəvəsi Həsən Xameneyi olacaq.
Cari ildə azı iki dəfə Həsən Xameneyinin iştirakı ilə keçmiş prezidentlər Məhəmməd Hatəmi, Həsən Ruhani və eks-spiker Natiq Nurinin tərəffüatları açıqlanmayan görüşləri baş tutub. Son zamanlar Ayətullah Əli Xameneyinin digər nəvəsi Əli Xameneyinin də Ayətullah olacağı ilə bağlı ehtimallar irəli sürülüb.  

Hazırda Nəcəfdə yaşayan 37 yaşlı Əli Xameneyi İraq şiələrinin lideri Ayətullah Sistaninin nəvəsi ilə evlidir. Üstəlik qardaşı Həsəndən fərqli olaraq Əlinin İrandakı əsas siyasi cinahlarla normal münasibəti var.  

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO