İranın daha bir universitetində dərslər dayandırıldı

İranın daha bir universitetində dərslər dayandırıldı

Hazırda oxunan: İranın daha bir universitetində dərslər dayandırıldı

97077

Oktyabrın 2-də tələbələrin geniş etiraz aksiyalarından sonra Tehran hökuməti Şərif Texnologiya Universitetində dərslərin dayandırılması barədə qərar verib.  

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, tətilin müddəti göstərilməyib və növbəti bildirişə qədər universitetə öyrəncilərin girişinə qadağa qoyulub.  

Qeyd edək ki, bazar günü İranın onlarla şəhərində keçirilən kütləvi etiraz aksiyaları ilə yanaşı universitetlərdə də aksiyalar baş tutub.

Şərif Texnologiya Universitetində təşkil edilən aksiyaya hökumət qüvvələrinin sərt müdaxiləsi qarşıdurmalara səbəb olub və öyrəncilərə qarşı gözyaşardıcı qazdan, rezin dəyənəklərdən istifadə edilib.
Universitet mühasirəyə alınıb, İranın elm naziri Məhəmmədəli Zülfi Gül hadisə yerinə gəlib və aranı sakitləşdirməyə çalışsa da, nəticə əldə olunmayıb. Çox sayda tələbənin yaralandığı və həbs edildiyi bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO