İjevsk məktəbindəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - YENİLƏNİB

İjevsk məktəbindəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - YENİLƏNİB

Hazırda oxunan: İjevsk məktəbindəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - YENİLƏNİB

95794

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.

15.22***

İjevskdə məktəbdə 13 nəfəri öldürən Artyom Kazantsev əsəb-psixiatriya dispanserində qeydiyyatda olub. 
 
Bizim.Media xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib.

14.48

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın İjevsk şəhərində çəktəbdə atışma baş verib. Nəticədə 13 nəfər ölüb, daha 21 nəfər xəsarət alıb. Atəş açan şəxs isə intihar edib. 

Bizim.Media Rusiyanın İstintaq Komitəsinə istinadən xəbər verir ki, insidenti törədənin şəxsiyyəti məlum olub. 

Bildirilir ki, sözügedən şəxs 34 yaşlı yerli sakin Artem Kazançevdir. Kazançev hadisəni törətdiyi məktəbin məzunu olub.  

Hazırda hadisənin səbəbləri araşdırılır.

12.31

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma nəticəsində 13 nəfər ölüb, onlardan beşi məktəblidir. Yaralanan şagirdlərin sayı 17-ə yüksəlib.

Bizim.Media xəbər verir ki, onların bəziləri yuxarı mərtəbələrdən tullanaraq güllələrdən xilas olublar.

Yeddi yaşında olan altı uşağa hazırda təcili yardım göstərilir. Onlardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə orta-ağırdır.

Bunların bəziləri güllə yaraları, digərləri isə pəncərədən tullanma nəticəsində yaranan sınıqlardır. Məktəblilərə atəş açan şəxsin intihar etdiyi bildirilir.

12.31****

Rusiyanın İjevsk şəhərində orta məktəblərin birində atışma olub.

Bizim.Media "rzn.info"ya istinadən xəbər verir ki, dərs zamanı qara geyimli naməlum şəxs sinif otağına girərək atəş açıb.

Hadisə nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

Məlumata görə, atəş açan şəxs hələ də saxlanılmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO