Ermənistan Azərbaycana “İsgəndər” raketləri atıb - Erməni politoloq

Ermənistan Azərbaycana “İsgəndər” raketləri atıb - Erməni politoloq

Hazırda oxunan: Ermənistan Azərbaycana “İsgəndər” raketləri atıb - Erməni politoloq

9564

“Şuşanın müdafiəçiləri” hətta Ermənistandan atılan "İsgəndər" raketlərinin Azərbaycanda yaratdığı qorxuya və dağıntıya rəğmən geri çəkiliblər.

Bizim.Media “TBЦ” televiziya kanalına istinadən xəbər verir ki, bu sözləri Rusiyada yaşayan erməni siyasi-şərhçi Sergey Kurginyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan əsgəri öz Vətənini müdafiə edib" - Erməni tarixçi


Onun sözlərinə görə, müharibə zamanı Ermənistana verilən silahlar Qarabağa göndərilməyib.

““Qarabağın döyüşçiləri” Azərbaycanın illərdən bəri ciddi hazırlaşdığı, müasir silahlarla təchiz olunmuş ordunun apardığı döyüşdə bundan artıq heç nə edə bilməzdilər.

Şuşa erməni könüllülərin hesabına 3-4 gün Azərbaycan ordusunun hücumuna müqavimət göstərə bildi.

Lakin Paşinyanın xəyanətkar hərəkəti- təslimçi sülh müqaviləsini imzalaması Şuşanı əbədi itirməyimizə səbəb oldu”,- deyə erməni siyasi analitik deyib.

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO