Dimitri Peskov: ABŞ Rusiyanın daxili işlərinə müdaxilə etməyə çalışır

Dimitri Peskov: ABŞ Rusiyanın daxili işlərinə müdaxilə etməyə çalışır

Hazırda oxunan: Dimitri Peskov: ABŞ Rusiyanın daxili işlərinə müdaxilə etməyə çalışır

9531

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 23-də keçirilən icazəsiz aksiyalar barədə ABŞ-ın Moskvadakı səfirliyinin yaydığı açıqlamanı Rusiyanın daxili işlərinə müdaxilə kimi dəyərləndirib.

“Rossiya 1” telekanalına müsahibəsində Dimitri Peskov, ABŞ səfirliyi  Rusiyanın 38 şəhərində keçirilən aksiyalar barədə xəbərləri izlədiklərini, dinc aksiyaları və ifadə azadlığını dəstəklədiklərini, hakimiyyətin həyata keçirdiyi tədbirlərin isə bu hüquqların qarşısını almağa yönəldiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sabit dünya haqqında danışmaq mümkün deyil” - Peskov


Dimitri Peskov qeyd edib ki, bu, qeyri-korrekt münasibət, dolayı yolla Rusiyanın daxili işlərinə müdaxilə, ölkədə qanunların pozulmasına dəstəkdir:

“Əgər Rusiya səfirliyi ABŞ-da iğtişaşlar davam edən zaman bu formada münasibət bildirsəydi, bu, Vaşinqtonda müəyyən diskomfort hissi yaradardı. Ona görə də həmkarlarımıza həmişə bu situasiyalarda özlərini təsəvvür etmələrini məsləhət görürük”.

Dimitri Peskov yanvarın 23-də Moskva və digər şəhərlərdə keçirilən aksiyalarda iştirak edənlərin sayının Rusiya Prezidenti Vladimir Putini dəstəkləyənlərlə müqayisə çox az olduğunu vurğulayıb:

“Hazırda bir icazəsiz aksiyalara çoxlu sayda insanın çıxdığı söylənilir. Xeyr, aksiyalara az insan çıxıb, insanların çoxu Putinə səs verir. Eyni zamanda insanların çoxu Konstitusiyaya dəyişikliklərə səs verib. Əgər rəqəmlər müqayisə olunsa, aksiyalarda iştirak edənlərin sayının nə qədər az olduğunu anlayarsınız. Bütün fikirlərə hörmətlə yanaşırıq, ancaq qəti olaraq qanunsuz aksiyalara qarşıyıq”.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da ABŞ səfirliyinin açıqlamasının ikitərəfli münasibətlərə neqativ təsir göstərdiyini bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO