"Türkiyənin Azərbaycana qoyduğu investisiyanın həcmi 12 milyard dolları keçib".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə isə 20 milyard dollardan çoxdur:
"Ticarət həcmimiz 5 milyard dollar ətrafındadır. Bunun 15 milyard dollara çatdırılmasına töhfə verəcəyimizə səmimi qəlbdən inanıram".
Nazir qeyd edib ki, Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal da istifadəyə verilib.
"Müalicə üçün ölkəmizi seçən şəxslər portal üzərindən xəstəxana və həkim seçimini edə biləcəklər", - nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:06 / 22.09.2022
Azərbaycandan Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal yaradılıb
Hazırda oxunan: Azərbaycandan Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal yaradılıb
Hazırda oxunan: Azərbaycandan Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal yaradılıb
95171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.