Yanvarın 23-də Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu mətbuata açıqlamasında deyib.
Gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi və 3 heyət üzvünün olduğunu söyləyən nazir Azərbaycan xalqına başsağlığı verib.
MÖVZU İLƏ BAĞLI:
Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi-azərbaycanlı öldürüldü, 15 nəfər qaçırıldı
Nazir deyib ki, dəniz quldurlarının girov götürdüyün 15 heyət üzvünün azad edilməsi üçün bütün imkanlar səfərbər edilib.
Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.
Bizim.Media