Paşinyan üçün ƏCƏL ZƏNGLƏRİ – Ermənistanda hakimiyyət çevrilişi kimin PLANIDIR?

Paşinyan üçün ƏCƏL ZƏNGLƏRİ – Ermənistanda hakimiyyət çevrilişi kimin PLANIDIR?

Hazırda oxunan: Paşinyan üçün ƏCƏL ZƏNGLƏRİ – Ermənistanda hakimiyyət çevrilişi kimin PLANIDIR?

94321

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından əlini üzdüyünü açıqlayıb. O bildirib ki, KTMT Ermənistanın gözləntilərini doğrultmayıb.

Onun sözlərinə görə, KTMT-yə müraciət edərkən Ermənistanın gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, yerinə yetirilməyib.

Armen Qriqoryan əlavə edib ki, KTMT-nin Qazaxıstana qoşun göndərməsi zamanı təşkilatın mexanizmlərinin nəhayət işləyəcəyi və presedent yaranacağı ilə bağlı onda ümidlər yaransa da, lakin artıq bu ümidlər yoxdur. 

İrəvanda isə artıq etirazçıların polis və hökumət üzvlərinə hücumları başlayıb. Görəsən, Paşinyan üçün son yaxınlaşır?

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, hələlik Paşinyan hakimiyyətini saxlayacaq:

“Məqsəd aydındır ki, birləşmiş erməni müxalifəti Paşinyanı yola salmaq istəyir. Birləşmiş müxalif arasında əsas ümid yaradanlar da qərbpərəst kəsimdir. Onlar çalışır ki, Ermənistanda Qərbin maraqlarını təmin etsin. Qərb də istəyir ki, Ermənistanı Rusiyanın yedəyindən çıxarsın. Həmin prosesdə də ABŞ aparıcı roldadır.
Ona görə də Paşinyanın vəziyyəti indi gərgindir. Müxalifət indi əlverişli imkanın yarandığı qənaətindədir. Amma Paşinyanın devrilməsinin indi baş verəcəyini düşünmürəm. Çünki o indi daha çox Rusiyaya bağlıdır. Rusiya ona görə də indiki halda Paşinyanın yola salınmasına imkan verməyəcək. Digər tərəfdən, “Qarabağ klanı”ndan narazı olan əsas qüvvələr yenə də Paşinyana üstünlük verir”. 

KTMT-nin İrəvanın gözləntilərini doğrultmaması barədə səslənən açıqlamaya gəldikdə, həmsöhbətimiz qeyd edir ki, Qərb İrəvandan həmin təşkilatdan çıxmağı tələb edir:

“Sərhəddə yaşanan gərginliyi də məhz ona görə yaşadıblar ki, Ermənistanla KTMT arasında nifaq salsınlar. KTMT isə siyasi və hərbi baxımdan düz hərəkət edir. Azərbaycan Ermənistana ərazi iddiası irəli sürmür
Amma özümüzü sığortalamalıyıq. Lazım gəlsə, bufer zonası da yarada bilərik və yaradırıq. Çünki Ermənistan tərəfdən ancaq təhdid görürük. Buna nə qədər dözməliyik?”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO