Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən “Vadi İstanbul Mall” alış-veriş mərkəzində atışma baş verib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Bildirilir ki, kafedə oturan iki qrup arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib.
Həkimlər tərəfindən 1-i Türkiyə, 4-ü Azərbaycan və 1-i İran vətəndaşı olmaqla, yaralılara ilkin tibbi yardım göstərilərək, onlar ətraf xəstəxanalara çatdırılıb.
Yaralılardan birinin vəziyyətinin ağırdır.
Bizim.Media