Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Filip Rikeri qəbul edib.
Bizim.Media "sputnik armenia"ya istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Rubinyan amerikalı həmsədrə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı mərhələsini və bu məsələdə Ermənistanın mövqeyini təqdim edib.
Görüş zamanı Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşma danışıqları üçün Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaradan isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təyin olunub. Artıq dörd raund danışıqlar aparan diplomatların birinci görüşü Moskvada, digər üç görüş isə Vyanada keçirilib.
Xatırladaq ki, iki ölkə arasında sərhəd 1993-cü ildən rəsmi Ankaranın təşəbbüsü bağlanıb. Buna səbəb isə ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi olub.
Bizim.Media
- A-
- A
- A+
Region
12:20 / 10.09.2022
Rubinyan Filip Rikeri Türkiyə - Ermənistan danışıqlarına dair MƏLUMATLANDIRDI
Hazırda oxunan: Rubinyan Filip Rikeri Türkiyə - Ermənistan danışıqlarına dair MƏLUMATLANDIRDI
Hazırda oxunan: Rubinyan Filip Rikeri Türkiyə - Ermənistan danışıqlarına dair MƏLUMATLANDIRDI
93087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.