Gürcüstanda keçirilən “Worthy Partner 2022” hərbi təlimi başa çatıb.
Bizim Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, bağlanış mərasimində çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təlimdə iştirak edən hərbçilərə və onların ölkələrinə təşəkkür edib.
Baş nazir vurğulayıb ki, sayca 6-cı dəfə keçirilən təlim beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılmış növbəti addımdır.
Bağlanış mərasimində Gürcüstan Prezidenti Salome Zurabişvili, həmçinin ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, müxtəlif ölkələrdən olan generallar iştirak edib.
“Worthy Partner 2022” təlimi Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı və ABŞ-ın Avropa və Afrika Komandanlığının rəhbərliyi, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Təlimin məqsədinin Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi məqsədilə Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq dövlətlər arasında qarşılıqlı əməliyyat qabiliyyətinin və hazırlığın artırılması olduğu bildirilib.
Bu il çoxmillətli təlimlərdə Gürcüstan, Azərbaycan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Almaniya, Bosniya, Estoniya, Polşa, İsveç, Ukrayna və Yaponiyadan ümumilikdə 2400-dən çox hərbçi iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:10 / 09.09.2022
Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlim başa çatıb
Hazırda oxunan: Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlim başa çatıb
Hazırda oxunan: Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlim başa çatıb
92937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.