İran hökuməti hicabsız qadınlarla mübarizə aparmaq üçün ümumi yerlərdə və ictimai nəqliyyatda üz tanıma texnologiyasından istifadə etməyi planlaşdırır.
Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, bunu İranın "əxlaq polisi" qərargahının katibi Məhəmmədsaleh Haşimi Qulpayqani deyib.
Onun sözlərinə görə, prezident İbrahim Rəisi bununla bağlı fərman imzalayıb.
Həmçinin, Hollandiyanın Tvente Universitetinin tədqiqatçısı Azadə Əkbəri bununla bağlı “The Guardian”a müsahibə verib:
"İran uzun müddətdir ki, geyim qaydalarını pozanları müəyyən etmək üçün üztanıma texnologiyasından istifadə etməyə çalışır. Bu rejim totalitar nəzarətin ənənəvi zorakı formalarını yeni texnologiyalarla birləşdirir.
Hökumət həm də bu yolla xalqa mesaj verir və onların bütün hərəkətlərini nəzarətdə saxladığını bildirir, əhalini idarə etmək üçün qorxu üsullarından istifadə edir".
Qeyd edək ki, İran hökuməti 2015-ci ildən ölkə vətəndaşlarına göz skanı, barmaq izləri və üz təsvirləri kimi məlumatları saxlayan “biometrik” şəxsiyyət vəsiqələri verir.
İran hökuməti həm küçədə, həm də kiberməkanda məcburi hicab qaydalarını pozan insanları müəyyən etmək üçün ağıllı şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatlardan istifadə edərək, üz tanıma texnologiyasından istifadə etməklə insan hüquqları pozuntularını daha da kəskinləşdirə bilər.
Bizim.Media
- A-
- A
- A+
Region
12:02 / 07.09.2022
İranda hicabsızlığa qarşı bu texnologiyadan istifadə ediləcək
Hazırda oxunan: İranda hicabsızlığa qarşı bu texnologiyadan istifadə ediləcək
Hazırda oxunan: İranda hicabsızlığa qarşı bu texnologiyadan istifadə ediləcək
92500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.