“Liz Trassın Rusiya Federasiyasına qarşı qəsdən mənfi mövqeyi var. O, Britaniyanın maraqlarını güzəştə getmək istəmədən müdafiə edir. Bu, çətin ki, Londonun beynəlxalq arenada mövqeyini gücləndirsin”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tailandın baş nazirinin müavini və xarici işlər naziri Don Pramatvinai ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Lavrov çıxışı zamanı Londonun Fransa da daxil olmaqla, ən yaxın qonşuları ilə münasibətlərini nizama salmasının vacibliyini vurğulayıb.
“Liz Trass əvvəlcə, ən yaxın qonşuları ilə məşğul olmalı, o cümlədən Fransa ilə bağlı mövqeyini qərarlaşdırıb Emmanuel Makronun dost və ya düşmən olduğuna qərar verməlidir”, - deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:26 / 06.09.2022
LAVROV: “Liz Trass Makronun dost və ya düşmən olduğuna qərar verməlidir” – VİDEO
Hazırda oxunan: LAVROV: “Liz Trass Makronun dost və ya düşmən olduğuna qərar verməlidir” – VİDEO
Hazırda oxunan: LAVROV: “Liz Trass Makronun dost və ya düşmən olduğuna qərar verməlidir” – VİDEO
92391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.