Dünən Ermənistanda alimləri, astronavtları, mühəndisləri, musiqiçiləri və rəssamları bir araya gətirən qlobal STARMUS elm və incəsənət festivalının açılışı olub.
Tədbirə dəvət alan Rusiyanın əsas elmi-populyar “Naked Science” nəşrinin müxbiri qonaqların keçidinin təşkili ilə bağlı mühafizəçilərə irad bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “panorama.am” saytı yayıb.
Mənbə yazır ki, jurnalistin iradı mühafizəçilərin xoşuna gəlməyib. Güc tətbiq edərək onu ərazidən qovublar.
STARMUS-un təşkilatçıları insidentlə bağlı açıqlama verməyiblər.
Nəşrin əldə etdiyi məlumata görə, tədbirin keçirildiyi məkanı polislərin mühafizə xidməti deyil, Ermənistanın baş naziri Nikol Paşinyanın festivala səfərini təşkil edən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları qoruyub.
Daha sonra Paşinyan və qızı Şuşan İrəvandakı Dəmirçiyan adına İdman Kompleksində VI STARMUS Beynəlxalq Elm və İncəsənət Festivalının rəsmi açılış mərasiminə qatılıblar.
Jurnalisti də ərazidən məhz DTX-nin əməkdaşları çıxarıb.
Bizim.Media
- A-
- A
- A+
Region
16:07 / 06.09.2022
Paşinyanın mühafizəçiləri Rusiya nəşrinin jurnalistini döydülər
Hazırda oxunan: Paşinyanın mühafizəçiləri Rusiya nəşrinin jurnalistini döydülər
Hazırda oxunan: Paşinyanın mühafizəçiləri Rusiya nəşrinin jurnalistini döydülər
92370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.