Rusiyaya qayıdan Puqaçovaya Putinin münasibəti necədir? – Peskovdan açıqlama

Rusiyaya qayıdan Puqaçovaya Putinin münasibəti necədir? – Peskovdan açıqlama

Hazırda oxunan: Rusiyaya qayıdan Puqaçovaya Putinin münasibəti necədir? – Peskovdan açıqlama

92129

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı müğənni Alla Puqaçovaya normal münasibət bəsləyir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Kremlin sözçüsü Putinin müğənni ilə tanış olduğunu xatırladıb. “Onlar bir-birlərini tanıyırlar, hətta bir neçə dəfə görüşüblər”, - sözçü bildirib.

Peskov bəzi rus sənətçilərinin "ədəbsiz" ifadələrlə özlərini ləkələdiyini də vurğulayıb:

“Bu, ayrı bir hekayədir. Bəzi insanlarla (Puqaçovanın həyat yoldaşı Maksim Qalkini nəzərdə tutur) yollarımız eyni deyil", - deyə o, əlavə edib.
Peskov Puqaçovanın özündən heç bir açıqlama eşitmədiyini vurğulayıb.

Qeyd edək ki, Maksim Qalkin özünün sosial şəbəkə hesabında Ukraynada aparılan “xüsusi əməliyyat”a görə Rusiyanın siyasi dairələrini tənqid edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO