Zəngəzur dəhlizi açılarsa, Ermənistanın parçalanması sürətlənəcək

Zəngəzur dəhlizi açılarsa, Ermənistanın parçalanması sürətlənəcək

Hazırda oxunan: Zəngəzur dəhlizi açılarsa, Ermənistanın parçalanması sürətlənəcək

90916

“Zəngəzur dəhlizi açılarsa, Ermənistan-Türkiyə sərhədinin açılması regional əhəmiyyətini itirəcək, Ermənistanın parçalanması sürətlənəcək. Dəhliz isə sadəcə sərhədin hər iki tərəfində yerləşən erməni və türk kəndlərini birləşdirəcək kənd yolu mənasını daşıyacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti yazıb.

“Türkiyə Rusiyanı inandırıb ki, belə dəhlizin açılması Rusiya üçün də faydalı olacaq. Rusiyanın Türkiyə ilə quru yolu yoxdur və indi bu rabitə Gürcüstandan keçir. Rusiyanın Türkiyənin şərq əyalətlərinə daxil olmaq üçün alternativə ehtiyacı var, nəticədə İran, İraq və Suriya ilə də quru yolu yarana bilər.
Türkiyə və Azərbaycan Rusiyaya bunu təklif edir, amma Gürcüstan, Ermənistan, Türkiyə vasitəsilə yox, “Zəngəzur dəhlizi” vasitəsilə. Türkiyə ilə Azərbaycanın ümumi sərhədi varsa, o zaman Rusiyanın yük maşınları birbaşa Azərbaycan ərazisindən Türkiyəyə daxil olacaq. 

Hazırda Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq, Ermənistan-Türkiyə sərhədini açmaq kimi nə istəyi, nə də niyyəti var.

Azərbaycan-Ermənistan sərhədinin açılması isə Zəngəzurun Azərbaycana verilməsi ilə nəticələnəcək və Ermənistanın dövlət kimi mövcudluğuna son qoyulacaq.
Zəngəzursuz Ermənistan bütün geosiyasi əhəmiyyətini itirəcək, tez bir zamanda türk birliyinə çevriləcək. O zaman avtomatik olaraq Türkiyə-Ermənistan sərhədi də açılacaq”, deyə erməni nəşri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO