Azərbaycanlı mütəxəssislərin Sərsəngə səfəri ilə bağlı Xankəndidən REAKSİYA

Azərbaycanlı mütəxəssislərin Sərsəngə səfəri ilə bağlı Xankəndidən REAKSİYA

Hazırda oxunan: Azərbaycanlı mütəxəssislərin Sərsəngə səfəri ilə bağlı Xankəndidən REAKSİYA

90242

Avqustun 22-də Azərbaycan mətbuatında Azərbaycanın “Meliorasiya və Su Təsərrüfatı” şirkətinin əməkdaşlarının və Qarabağdakı qondarma rejimin nümayəndələrinin Sərsəng su anbarına səfəri barədə məlumat dərc olunub. Bu da Qarabağda müvəqqəti yaşayan ermənilərin narahatlığına və suallarına səbəb olub. 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı rejimin İnformasiya Mərkəzi məlumat yayıb.

“Nəzərinizə çatdırırıq ki, 2020-ci ildə 44 günlük müharibədən sonra su ehtiyatlarının idarə olunması, içməli və suvarma suyunun təhlükəsizliyini təmin etmək məqsədilə Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Su Təhlükəsizliyi İdarəsinin nümayəndələri 2021-ci ildən Azərbaycan tərəfi ilə əlaqə saxlayır və qarşılıqlı səfərlər edir. 

Növbəti görüş Sərsəng su anbarının yaxınlığında təşkil olunub. Görüşdə Sərsəng su anbarından səmərəli istifadənin mümkün variantları barədə fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə də belə müzakirələr davam etdiriləcək və Sərsəngə bitişik ərazilərdə elektrik enerjisi istehsalı və suvarma ehtiyacları, eləcə də içməli və suvarma suyuna olan tələbatla bağlı qərar veriləcək.
Biz “Arsax”ın (Qarabağdakı qondarma rejim) bəzi “strukturları”na qarşı tənqidi başa düşürük, lakin bildirmək istəyirik ki, heç bir hadisəni gizlətməyə çalışmırıq.  

Hazırkı vəziyyətdə bölgədə yaşayan ermənilərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, gərginlik yaradan halların neytrallaşdırılması üçün bütün mümkün tədbirləri görürük”, deyə bəyanatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO