Duqinanın qətlində şübhəli bilinən şəxs “Azov” alayının üzvü olub - FOTO

Duqinanın qətlində şübhəli bilinən şəxs “Azov” alayının üzvü olub - FOTO

Hazırda oxunan: Duqinanın qətlində şübhəli bilinən şəxs “Azov” alayının üzvü olub - FOTO

89839

Federal Təhlükəsizlik Xidməti (FTX) politoloq və jurnalist Darya Duqinanın qətlinin üstünü açıb.

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, FTX cinayətin “Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığını və törədildiyini” iddia edir.  

Məlumatda bildirilib ki, hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. Qətldən sonra onun Estoniyaya getdiyi iddia edilir. 

FTX bildirib ki, Natalya Vovk qızı Sofiya Şabanla iyulun 23-də Rusiyaya gəlib. İddialara görə, hər ikisi Moskvada zərərçəkmişin yaşadığı binada mənzil kirayələyib və onun arxasınca gediblər.
 

FTX-nin məlumatına görə, onlar Darya Duqinanın qətldən əvvəl çıxış etdiyi festivala gəliblər.

Bildirilib ki, istintaq materialları Rusiya Federasiyasının İstintaq Komitəsinə verilib.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO