Paşinyanın ABŞ Dövlət Departamenti ilə məxfi əlaqələri ÜZƏ ÇIXDI

Paşinyanın ABŞ Dövlət Departamenti ilə məxfi əlaqələri ÜZƏ ÇIXDI

Hazırda oxunan: Paşinyanın ABŞ Dövlət Departamenti ilə məxfi əlaqələri ÜZƏ ÇIXDI

89047

“Nikolun və onun ətrafının davranışı Rusiyada hər kəsi bezdirib. Çünki Paşinyanın Dövlət Departamenti ilə birbaşa məxfi əlaqələri üzə çıxıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyada yaşayan erməni media xadimi Aram Qabrelyanov Facebook səhifəsində yazıb.

“Məlumdur ki, baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və xarici işlər nazirinin müavini Ruben Rubinyanın, o cümlədən Rusiyanın iştirakı ilə aparılan bütün danışıqların (Ermənistan-Türkiyə yaxınlaşması və Qarabağ məsələsi) stenoqramı şəxsən Paşinyana təqdim edilir.
O cümlədən, Paşinyan və Putin arasındakı telefon söhbətlərinin mətnləri də baş nazirə verilir.

Nikol isə bütün bu sənədləri Baş Qərargahın keçmiş rəisi Movses Akopyanın əmisi oğlu, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana verir.

O da amerikalıların ona verdiyi xüsusi noutbukla gizli əlaqə quraraq ABŞ Dövlət Departamentinə ötürür”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO