Ermənistanda xaos - Paşinyanın partiyası isə...

Ermənistanda xaos - Paşinyanın partiyası isə...

Hazırda oxunan: Ermənistanda xaos - Paşinyanın partiyası isə...

88802

“Ölkədə xaos və çaşqınlıq hökm sürür, Surmalu bazarının faciəsi Qarabağ hadisələrinə əlavə olunub, hakim partiyada isə qurultay və rəhbər seçkilərinə hazırlıqlar aktivləşib”.

Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti yazıb.

“İdarə heyətinə və şuraya kimin daxil olacağı artıq dəqiqləşdirilir. Ölkəni Ermənistan hökuməti və parlament idarə etməyəcək, əsas fiqurlar partiyadakı şəxslər olacaq, ona görə də “Vətəndaş Müqaviləsi”nin rəhbərləri bu strukturları (İdarə heyəti və Şura) öz həmfikirləri ilə doldurmaq üçün hər şeyi edirlər.

Müdafiə naziri Suren Papikyan bu istiqamətdə ən çox səy göstərir, ordu və müdafiə məsələlərini arxada qoyub öz adamlarını müdafiə nazirliyinə yerləşdirir.

Bu illər ərzində o, qohumlarını demək olar ki, bütün səviyyələrdə icra strukturlarına işə düzəldib, indi “Vətəndaş Müqaviləsi”nin kollegiyasını “ələ keçirmək”lə məşğuldur”, deyə nəşr qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO