Ermənistanın baş naziri Nikol Paşinyan Surmaluda partlayış baş verən, axtarış-xilasetmə əməliyyatının davam etdiyi əraziyə gəlib.
Bizim.Media xəbər verir ki, onu İrəvan meri Hraçya Sarkisyan qarşılayıb.
Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, Surməlu bazarında baş verən partlayış nəticəsində 17 nəfər itkin düşüb, 6 nəfər ölüb.
Ölən 6 nəfərdən dördünün şəxsiyyəti müəyyən edilib: Anahit Mxitaryan, Misak Marqaryan, Cemma Nazaryan və Qayane Avetisyan.
Qeyd edək ki, zərərçəkənlərin sayı 61-ə çatıb. Onlardan 36-nın vəziyyəti orta ağır qiymətləndirilir.
Bizim.Media