İrəvanda partlayışda xəsarət alanların sayı 51-ə çatdı - 1 ölü var - YENİLƏNİB - VİDEO

İrəvanda partlayışda xəsarət alanların sayı 51-ə çatdı - 1 ölü var - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: İrəvanda partlayışda xəsarət alanların sayı 51-ə çatdı - 1 ölü var - YENİLƏNİB - VİDEO

88500

Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayışda xəsarət alanların sayı 51-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

Mənbə xatırladır ki, partlayış nəticəsində azı 1 nəfər ölüb. Partlayışdan sonra başlayan yanğın hazırda söndürülür.

*** 15:00

İrəvanda bazarda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyi yayıb.

Qeyd olunur ki, xilasedicilər hadisə şahidləri ilə birlikdə zərərçəkmişləri qəza yerindən çıxarırlar.

*** 14:18

İrəvanda “Surməlu” ticarət mərkəzində partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı  Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, hadisə yerinə 6 yanğınsöndürmə və xilasetmə qrupu yola düşüb. Sosial şəbəkələrdə fişənglərin alovlandığını yazırlar. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zərərçəkənlər var, onların sayı hələlik məlum deyil.

İlkin məlumatlara görə, İrəvanda baş verən partlayış nəticəsində 7 nəfər xəstəxanaya çatdırılıb. Dağıntılar altında insanların olduğu ehtimal edilir.

Bizim.Media
 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO