Türkiyə Ukraynaya öz istehsalı olan zirehli texnika verdi

Türkiyə Ukraynaya öz istehsalı olan zirehli texnika verdi

Hazırda oxunan: Türkiyə Ukraynaya öz istehsalı olan zirehli texnika verdi

87711

Türkiyə Ukraynaya öz istehsalı olan “BMC Kirpi 4x4” zirehli transportyorlarının partiyasını çatdırıb.

Bizim.Media Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı “Hərbi xəbərçi” Telegram kanalı yayıb.

Nəşr yazır ki, Ukrayna Silahlı Qüvvələri artıq Türkiyənin “50 MRAP Kirpi 4x4” zirehli texnikasını alıb, yaxın vaxtlarda daha 150 maşın Ukraynaya veriləcək.
“MRAP Kirpi” zirehli gövdəsi zirehdələn güllələrdən və artilleriya mərmilərinin parçalarından qorunmanı təmin edən kəşfiyyat vasitələridir.

“Kirpi” beş atıcı silahla, güllə keçirməyən pəncərələrlə təchiz olunub. Damda 360 dərəcə fırlanan pulemyot var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO