Arayik Arutyunyan “qurban” seçildi – ERMƏNİ DEPUTAT şok detalları açıqladı

Arayik Arutyunyan “qurban” seçildi – ERMƏNİ DEPUTAT şok detalları açıqladı

Hazırda oxunan: Arayik Arutyunyan “qurban” seçildi – ERMƏNİ DEPUTAT şok detalları açıqladı

87659

“Ermənistan və Qarabağ ətrafında yaranmış çətin vəziyyət kontekstində Paşinyan hakimiyyəti özünəməxsus tərzdə yeni plan üzərində çalışır. Məqsəd verilən itkilərə görə konkret şəxsin cəzalandırılmasıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasının katibi, deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Bu mərhələdə ilk qurban “Arsax”ın “rəhbəri” Arayik Arutyunyan seçilib. Uzunmüddətli perspektivdə isə Qarabağda müvəqqəti yaşayan bütün ermənilər “qurban” gedəcək.

Düzdür, “hər şeydə ruslar günahkardır” fikri yenə də qüvvədə qalır, amma Arayik Arutyunyanın obrazı üzərinə məsuliyyət qoymaq ən ideal variantdır. Çünki Qarabağda baş verənlər birbaşa onun adı ilə bağlıdır.

Yeri gəlmişkən, Arayikin müharibənin nəticələrinə görə "qurban" verilməsi daha sonra baş tutacaq, indi isə sırada hələ də çoxlu əsgər var.

Paşinyanın hökumətin sonuncu iclasındakı “tamaşası” deyilənləri bir daha sübut edir. O, ictimaiyyəti inandırmağa çalışıb ki, Laçının Bakıya veriləcəyindən və  aylardır çəkilən alternativ yoldan xəbəri yoxdur.
Belə çıxır ki, “Arsax”ın və Ermənistanın gələcəyi onları yalnız hakimiyyətlərini saxlamaq baxımından maraqlandırır”, - deyə Abramyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO